...

Azərbaycanın Standartlaşdırma üzrə Dövlət Komitəsi yanacağın dörd yeni standartını təsdiq edib

Energetika Materials 16 Fevral 2011 15:52 (UTC +04:00)
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi neft məhsullarının dörd növü üzrə milli standartları təsdiq edib.
Azərbaycanın Standartlaşdırma üzrə Dövlət Komitəsi yanacağın dörd yeni standartını təsdiq edib

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi neft məhsullarının dörd növü üzrə milli standartları təsdiq edib. Trend-in məlumatına görə, bu barədə Dövlət Komitəsinin çərşənbə günü yaydığı məlumatda deyilir.

Məlumatda deyildiyinə görə, Dövlət Komitəsi AZS 380-2011 "Dizel yanacağı. Texniki şərtlər" və AZS 381-2011 "Avro dizel yanacağı. Texniki şərtlər" standartlarını təsdiq edib.

AZS 388-2011 "Motor yanacaqları. Etilsiz benzin. Texniki şərtlər" standartı etilsiz benzinlə işləyən benzin mühərrikləri ilə təmin olunmuş nəqliyyat vasitələrində motor yanacağı qismində istifadəsi nəzərdə tutulan etilsiz benzinlərə aiddir. Benzində metal birləşməli aşqarların olmasına yol verilmir. Bu standart Requlyar Avro-92, Preimum Avro-95, Super Avro-98 (I, II, III çeşidləri) benzin markalarına aiddir.

Dövlət Komitəsi AZS 443-2011 "Ortadövrlü və azdövrlü dizellər üçün motor yanacaqları. Texniki şərtlər" standartını da təsdiq edib.

Xəbər lenti

Xəbər lenti