...

ARDNŞ ABŞ-ın UOP şirkəti ilə NEZ-də yenidənqurma işlərinin aparılmasında maraqlıdır

Energetika Materials 18 Fevral 2011 19:23 (UTC +04:00)
Heydər Əliyev adına Neft Emalı Zavodu ABŞ-ın UOP şirkəti ilə öz qurğularında istehsal edilən mühərrik yağının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə yenidənqurma işlərinin aparılmasında əməkdaşlığa böyük diqqət yetirir.
ARDNŞ ABŞ-ın UOP şirkəti ilə NEZ-də yenidənqurma işlərinin aparılmasında maraqlıdır

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Heydər Əliyev adına Neft Emalı Zavodu ABŞ-ın UOP şirkəti ilə öz qurğularında istehsal edilən mühərrik yağının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə yenidənqurma işlərinin aparılmasında əməkdaşlığa böyük diqqət yetirir. Trend-in məlumatına görə, bu barədə NEZ rəhbəri Elman İsmayılov UOP şirkətinin prezidenti Raciv Qautamla görüşü zamanı deyib.

NEZ rəhbərinin sözlərinə görə, işlər istehsal edilən məhsulun keyfiyyətinin artırılması üçün katalitik riforminq qurğusunda katalizatorun dəyişdirilməsini, eləcə də katalitik krekinq qurğusunun məhsuldarlığının 2,5-3 milyon tona çatdırılmasını nəzərdə tutur.

Balansında Azərbaycanın iki neft emalı zavodunun olduğu ARDNŞ istehsal etdiyi dizel yanacağının və benzinin keyfiyyətinin yaxşılaşdırılması üzrə işlər aparır.

ARDNŞ Avro-3 standartlı benzinin istehsalına 2012-ci ildə, Avro-3 standartlı dizel yanacağına isə 2011-ci ilin sonuna keçmək niyyətindədir. Hazırda ARDNŞ-nin istehsal etdiyi benzin və dizel Avro-2 standartına tam uyğundur.

ARDNŞ Azərbaycanda neft məhsullarının yeganə istehsalçısıdır. Şirkətin balansında iki NEZ var. Onlardan biri Heydər Əliyev adına zavoddur. İldə ümumi gücü 20 milyon ton olan iki zavodda ARDNŞ-nin quru və dənizdəki yataqlardan öz vəsaitləri hesabına hasil etdiyi neft emal edilir.

Xəbər lenti

Xəbər lenti