Azərbaycan, Bakı, 18 fevral/Trend/
Radon kadastrı hazır olduqdan sonra ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) öz müəssisələri üzrə onun həcminin azaldılması ilə bağlı müvafiq işlər aparacaq. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin cümə günü yaydığı məlumatda deyilir.
Bu məqsədlə, Dövlət Neft Şirkətinə məxsus ərazilərdə yerləşən təsərrüfat obyektlərində radon detektorlarının quraşdırılması nəzərdə tutulub.
Bu qərar ARDNŞ-nin Ekologiya İdarəsi və AMEA-nın Geologiya İnstitutunun nümayəndələrinin görüşünün yekunları üzrə əldə olunub.