...

Azərbaycan Dövlət Neft Fondu PSA müqavilələri çərçivəsində aktivlərin satışını elan edib

Energetika Materials 10 Mart 2011 11:45 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) xarici neft şirkətləri tərəfindən hasilatın pay bölgüsü (PSA) müqavilələri çərçivəsində təqdim olunan aktivlərin satışını elan edib.
Azərbaycan Dövlət Neft Fondu PSA müqavilələri çərçivəsində aktivlərin satışını elan edib

Azərbaycan, Bakı, 10 mart /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) xarici neft şirkətləri tərəfindən hasilatın pay bölgüsü (PSA) müqavilələri çərçivəsində təqdim olunan aktivlərin satışını elan edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı fondun rəsmi mətbuatda dərc olunmuş məlumatında deyilir.

Satışı elan olunan aktivlər qaynaq avadanlıqlarına, müxtəlif ölçülü və təyinatlı borulara, müxtəlif ölçülü və təyinatlı elektrik kabel materiallarına, eləcə də neft və qaz quyularının qazılması zamanı istifadə olunan ehtiyat hissələrinə, eləcə də izolyasiya materiallarına aid və digər aktivlərdir.

Yuxarıda sadalana aktivlərin alınmasında maraqlı olan şəxslər cari ilin mart ayının 18-dək ARDNF-yə müraciət edə bilərlər.

Əlavə məlumat almaq üçün ARDNF-nin Aktivlərlə iş şöbəsinin rəhbəri Emin Qasımova müraciət etmək olar.

Əlaqə telefonları: (012) 498 77 53, 498 62 55 ( daxili - 172).

Xəbər lenti

Xəbər lenti