...

ARDNŞ fevralda Gürcüstana qaz ixracını artırıb

Energetika Materials 10 Mart 2011 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart /Trend/

Fevralda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstana 147,53 milyon kubmetrə yaxın qaz ixrac edib. Yanvarda bu göstərici 77 milyon kubmetrə yaxın olub. Bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.

Məlumata görə, yanvar-fevralda ARDNŞ tərəfindən Gürcüstana 224 milyon kubmetrdən çox qaz ixrac edilib.

2010-cu ildə ARDNŞ tərəfindən Gürcüstana 339,16 milyon kubmetrə yaxın qaz ixrac edilib.

ARDNŞ Gürcüstana qaz nəqlini şirkətin gürcü bazarındakı fəaliyyəti çərçivəsində Qazax rayonu ərazisində iki ölkəni birləşdirən boru kəməri vasitəsilə həyata keçirir. Bu kəmərlə qaz ixracının gücü ildə təxminən 3 milyard kubmetr qaz təşkil edir.

2008-ci ilin noyabrında Azərbaycan ilə Gürcüstan arasında saziş imzalanıb. Sənəd 2009-cu ildən başlayaraq sonrakı beş il ərzində Gürcüstanın qaz bazarında ARDNŞ-nin fəaliyyətinin fəallaşdırılması imkanlarını nəzərdə tutur. Memoranduma əsasən, ARDNŞ layihənin həyata keçirilməsi üçün Gürcüstan hökuməti tərəfindən müəyyən edilən qaz istehlakçıları qruplarını (sosial qruplar) təmin edən "SOCAR Georgia Gas" törəmə müəssisəsini yaradıb.

Həmçinin, 2008-cil il dekabrın sonunda ARDNŞ və Gürcüstan hökuməti 30 paylayıcı qaz təsərrüfatı və paylayıcı qaz şəbəkəsinin istifadəyə verilməsi barədə müqavilə imzalayıb. Bu şəbəkələr Gürcüstanın müxtəlif regionlarını əhatə edir.

Xəbər lenti

Xəbər lenti