...

Azərbaycan yanvar-fevralda qazdan istifadəni artırıb

Energetika Materials 10 Mart 2011 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart /Trend/

Yanvar-fevralda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Azərbaycanın daxili tələbatının ödənilməsi və ixrac əməliyyatlarının təmin olunması üçün 2,8 milyard kubmetr qaz sərf edib ki, bu da ötən ilin analoji dövründəkindən 348,4 milyon kubmetr çoxdur. Bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.

Məlumata görə, istifadə olunan qazın ümumi həcmindən 2,13 milyard kubmetrdən çox qaz sənayesi müəssisələrinə, əhaliyə və "Azərenerji" SC-yə (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) verilib.

Yerdə qalan həcm Gürcüstan və Rusiya ilə ixrac əməliyyatlarının təmin edilməsinə, eləcə də Naxçıvan Muxtar Respublikasının (NMR) təbii qazla təminatına sərf olunub.

Yanvar-fevralda ARDNŞ tərəfindən ölkənin qaz sisteminə 1,71 milyard kubmetrə yaxın qaz verilib. Bununla yanaşı, sənaye müəssisələrinin, əhalinin qazla təmin edilməsi və ixrac müqavilələri çərçivəsində öhdəliklərin yerinə yetirilməsi üçün ölkənin yeraltı qaz anbarlarından 1,08 milyard kubmetrə yaxın qaz götürülüb.

NMR-in qazla təmin olunması üçün İranla svop əməliyyatları çərçivəsində 70,35 milyon kubmetr qaz verilib.

Ötən il daxili tələbatın ödənilməsi və ixrac əməliyyatlarının təmin edilməsi üçün 11,5 milyard kubmetrə yaxın qazdan istifadə olunub.

Xəbər lenti

Xəbər lenti