...

Azərbaycan enerji sisteminin gücünü artırır

Energetika Materials 11 Mart 2011 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda elektrik enerjisi istehsalının gücü 6400 meqavatt təşkil edir. Bu barədə Azərbaycan hökumətinin 2010-cu ilin yekunları üzrə hesabatında deyilir.

Göstərilən istehsal gücü əsasən 20 elektrik stansiyasının hesabına əldə olunur ki, onlardan 13-ü istilik elektrik stansiyası (5400 meqavatt), yerdə qalan yeddisi isə su elektrik stansiyasıdır (1000 meqavatt).

Hesabat dövründə 2005-2015-ci illər üzrə ölkənin istilik-elektrik kompleksinin inkişafı üzrə Dövlət Proqramı çərçivəsində "Azərbaycan" İES-in beş enerji blokunun yenidən qurulması layihəsi üzrə işlər həyata keçirilib. Bu layihə çərçivəsində işlərin bu ilin birinci yarısında başa çatdırılması planlaşdırılır ki, nəticədə enerji sisteminin iş gücü 450 meqavatadək artırılacaq.

Həmçinin, il ərzində "Cənub" İES-in tikintisi üzrə işlər də davam etdirilib. 2011-ci ilin sonunadək yeni stansiyanın istismara verilməsi nəzərdə tutulub.

Ötən il elektrik enerjisinin istehsalı və istifadəsinin balanslaşdırılması üçün nəzərdə tutulan SCADA avtomatlaşdırılmış idarəetmə sisteminin müasir texnologiyalar əsasında yaradılması üzrə işlər davam etdirilib. Bu layihə çərçivəsində işlər bu ilin birinci yarısında başa çatdırılacaq.

Hesabatda deyildiyi kimi, Azərbaycanın 1200 meqavatadək çatdırılan ixrac imkanları da artıb ki, bu da Rusiyaya, İrana və Gürcüstana elektrik enerjisinin satışının həyata keçirilməsinə imkan verib, eləcə də Türkiyə qarşısında yaranan borcun qaytarılması üçün şərait yaradıb.

Ölkənin elektrik enerjisi sektoruna dövlət zəmanəti altında cəmi 1,8 milyard manat həcmində kredit cəlb edilib. Kreditlərin ödənilməsində yubanma halları olmayıb.

Ötən il ölkənin dövlət büdcəsindən "Azərenerji" SC-yə (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) və "Bakıelektrikşəbəkə" SC-yə (Bakıda elektrik enerjisinin satışı) müvafiq olaraq 143 və 75 milyon manat vəsait ayrılıb. Bu, əhalinin və iqtisadiyyatın elektrik enerjisinə olan təmin etməyə imkan verib.

Xəbər lenti

Xəbər lenti