...

Martın 10-da Azərbaycan neftinin qiymətləri azalıb

Energetika Materials 11 Mart 2011 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir E.İsmayılov/

CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 10-da 117,46 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə günü verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbə gününə nisbətən 1,19 dollar/barel azalıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, Gürcüstanın Batumi, eləcə də Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 10-da 116,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,16dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 10-da 108,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1, 52 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti martın 10-da 113,96 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,3 dollar/barel azdır.

Xəbər lenti

Xəbər lenti