...

"Bakıelektrikşəbəkə" SC gücləndirilmiş iş rejiminə keçəcək

Energetika Materials 14 Mart 2011 13:20 (UTC +04:00)
Novruz bayramı günlərində "Bakıelektrikşəbəkə" SC (Bakıda elektrik enerjisini paylayan) abonentləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək məqsədilə gücləndirilmiş rejimdə işləyəcək.
"Bakıelektrikşəbəkə" SC gücləndirilmiş iş rejiminə keçəcək

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir E.İsmayılov/

Novruz bayramı günlərində "Bakıelektrikşəbəkə" SC (Bakıda elektrik enerjisini paylayan) abonentləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək məqsədilə gücləndirilmiş rejimdə işləyəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi SC mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Bu il Azərbaycanda Novruz bayramı 20-28 martda qeyd olunacaq.

Mustafayevin sözlərinə görə, həmçinin yerlərdəki bayram şənliklərində SC işçiləri növbə çəkəcəklər, eləcə də əlavə maşın və müxanizmlər cəlb olunacaq.

Bayram günlərində "Bakıelektrikşəbəkə"nin qəza xidməti və "qaynar xətt"i bütün sutka ərzində işləyəcək.

Xəbər lenti

Xəbər lenti