...

ARDNŞ "Azərenerji" SC-yə verilən qazın həcmini artırıb

Energetika Materials 18 Mart 2011 11:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend/

Yanvar-fevralda "Azərenerji" Səhmdar Cəmiyyətinə yanacaq kimi istifadə üçün 822,5 milyon kubmetr qaz verilib. Bu göstərici 2010-cu ilin yanvar-fevralında 783,6 milyon kubmetr olub. Bu barədə ARDNŞ-nin yaydığı məlumatda deyilir.

Fevralda "Azərenerji"yə 376,3 milyon kubmetr qaz verilib. Bu göstərici 2010-cu ilin fevralında 372,8 milyon kubmetr olub.

2010-cu ildə "Azərenerji"yə yanacaq kimi istifadə etmək üçün 4 milyard kubmetrə yaxın qaz verilib. Bu göstərici 2009-cu ildə 4,32 milyard, 2008-ci ildə 4,95 milyard, 2007-ci ildə isə 3,4 milyard kubmetr təşkil edib.

Xəbər lenti

Xəbər lenti