...

Azərbaycan Parlamenti elektrik enerjisi, qaz və su təchizatı haqqında qanunlara əlavə və dəyişiklikləri təsdiq edib

Energetika Materials 18 Mart 2011 15:04 (UTC +04:00)
Cümə günü Milli Məclis "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında" və "Su təchizatı və tullantı suları haqqında" qanunlara əlavə və dəyişiklikləri qəbul edib.
Azərbaycan Parlamenti elektrik enerjisi, qaz və su təchizatı  haqqında qanunlara əlavə və dəyişiklikləri təsdiq edib

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir M.Əliyev/

Cümə günü Milli Məclis "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında" və "Su təchizatı və tullantı suları haqqında" qanunlara əlavə və dəyişiklikləri qəbul edib.

"Elektroenergetika haqqında" qanuna əlavələrdə qeyd edilib ki, abonentlərin elektrik və qızdırıcı şəbəkələrə qoşulması üçün texniki şərtlərin verilməsi və ya əlavə enerjinin (gücün) alınması üzrə qaydalar müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilir.

Anoloji əlavələr abonentlərin qazla təmin edilməsi üçün qaz şəbəkələrinə qoşulmalarına da aiddir.

"Su təchizatı və tullantı suları haqqında" qanuna edilən dəyişikliyə əsasən, fiziki şəxs olan istehlakçılar istisna olmaqla, sistemə digər istehlakçıların qoşulması istehlakçının hesabına həyata keçirilir.

Qanunda o da göstərilib ki, fiziki şəxs olan istehlakçıların sayğaclarla (suölçən cihazlarla) təchiz edilməsi, sayğacların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti