...

Azərbaycan "MDB-nin baza yağları və sürtkü materialları" mövzusunda görüşdə iştirak edəcək

Energetika Materials 21 Mart 2011 16:06 (UTC +04:00)
Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu aprelin 5-7-də Moskvada "Rusiya və MDB-nin baza yağları və sürtkü materialları" mövzusunda keçiriləcək illik IV görüşdə iştirak edəcək.
Azərbaycan "MDB-nin baza yağları və sürtkü materialları" mövzusunda görüşdə iştirak edəcək

Azərbaycan, Bakı, 21 mart /Trend, müxbir N.İsmayılova/

Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu aprelin 5-7-də Moskvada "Rusiya və MDB-nin baza yağları və sürtkü materialları" mövzusunda keçiriləcək illik IV görüşdə iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Ümumdünya Neft Emalı Assosiasiyasının (World Refining Association) məlumatında deyilir.

Məlumata əsasən, IV illik görüş yeni işgüzar münasibətlərin qurulması, beynəlxalq təcrübə mübadiləsi, bazarın son tendensiyaları və proqnozları üzrə məlumatın əldə edilməsi üçün platforma olacaq. Görüşün əsas tədbirləri sırasında ekoloji problemlərdə beynəlxalq texnoloji həllərə həsr edilən "Yüksəkkeyfiyyətli baza yağlarının və sürtkü materiallarının istehsalı üçün yeni effektiv texnologiyalar" xüsusiləşdirilmiş seminarı keçiriləcək. Görüş çərçivəsində Rusiya və MDB-nin yağ və sürtkü istehsalı üzrə zavodların nümayəndələri ilə qeyri-rəsmi söhbətlər də aparılacaq.

Bundan başqa, iri avtomobil istehsalçıları nümayəndələri ilə yağ və sürtkü materiallarına əsas tələblər haqqında interaktiv söhbətlər aparılacaq.

Məlumata əsasən, görüşün iştirakçıları arasında baza yağları və sürtkü materialları üzrə zavodların nümayəndələri, distribüter və treyderlər, aşqar istehsalçıları və tədarükçüləri, dövlət qurumları, hüquqi və konsaltinq şirkətlər, institut və elmi-tədqiqat mərkəzlərinin nümayəndələri olacaq.

Xəbər lenti

Xəbər lenti