...

Azərbaycan Rusiyaya sutkada 6 milyon kubmetr qaz ixrac edir

Energetika Materials 28 Mart 2011 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 mart /Trend/

Hazırda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rusiyaya "Qazprom"la bağlanmış qısamüddətli müqavilə çərçivəsində sutkada 6 milyon kubmetr qaz ixrac edir. Bu barədə bazar ertəsi neft-qaz bazarındakı mənbə məlumat verib.

Bu ilin yanvar-fevralında ARDNŞ Rusiyaya 359,2 milyon kubmetrə yaxın qaz ixrac edib.

2010-cu ildə ARDNŞ RF-yə 800 milyon kubmetrə yaxın qaz ixrac edib. Bu il nəql edilən qazın həcminin iki milyard kubmetrə çatdırılacağı gözlənilir.

Azərbaycan qazının Rusiyaya alqı-satqısı üzrə ortamüddətli müqavilə 2009-cu il oktyabrın 14-də Bakıda imzalanıb. 2010-cu il sentyabrın əvvəlində Bakıda imzalanan müqaviləyə əlavəyə görə, 2011-ci ildə Qazprom iki milyard kubmetr, 2012-ci ildə isə iki milyard kubmetrdən çox qaz alacaq.

Rusiyaya Azərbaycan qazının tədarükünə 2010-cu il yanvarın 1-dən başlanılıb.

Xəbər lenti

Xəbər lenti