...

2015-ci ilədək Azərbaycanda yüksəkvoltlu elektrikötürücü xətlərin uzunluğu 1500 kilometr artacaq

Energetika Materials 28 Mart 2011 18:17 (UTC +04:00)
"Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü" layihəsinin həyata keçirilməsi nəticəsində Azərbaycandan Avropaya 600-700 MVt gücündə elektrik enerjisi ötürməyə imkan yaranacaq.
2015-ci ilədək Azərbaycanda yüksəkvoltlu elektrikötürücü xətlərin uzunluğu 1500 kilometr artacaq

Azərbaycan, Bakı, 28 mart /Trend/

"Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü" layihəsinin həyata keçirilməsi nəticəsində Azərbaycandan Avropaya 600-700 MVt gücündə elektrik enerjisi ötürməyə imkan yaranacaq. Trend-in məlumatına görə, bu barədə "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytında dərc edilən müsahibəsində deyilir.

Bu layihə çərçivəsində Mingəçevir şəhərindən Gürcüstan sərhədinə qədər 500 kV elektrik verilişi xəttinin tikintisi nəzərdə tutulub.

Pirverdiyevin qeyd etdiyinə görə, 2010-2015-ci illər ərzində elektrik enerjisinin ötürülməsi sistemində planlaşdırılmış layihələrin həyata keçirilməsi nəticəsində yeni transformatorların ümumi gücü 4000 meqavoltamperə yaxın, 110-500 kV-luq yeni xətlərin ümumi uzunluğu təqribən 1500 km artacaq.

"Respublikanın enerji sistemində gərginliyi 110 kilovolt və ondan yüksək olan 200-dən artıq yarımstansiya var", - o deyib.

Eyniadlı elektrik verilişi xətlərinin ümumi uzunluğu 8 min kilometrdən artıqdır. Gərginliyi 35 kilovolt və ondan aşağı olan paylayıcı xətlər də daxil olmaqla, elektrik verilişi xətlərinin ümumi uzunluğu 100 min kilometrdən çoxdur.

Xəbər lenti

Xəbər lenti