Azərbaycan, Bakı, 31 mart /Trend/
"Ekol mühəndislik xidmətləri" QSC Ə.Əmirov adına "Balaxanıneft" NQÇİ və Qala gölü ətrafındakı sahələrdə neftşlamın təmizlənməsi və onun bioremediasiyası üzrə bir sıra layihələrin həyata keçirilməsinə başlayıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı QSC-dən bildirilib.
Məlumata görə, Ə.Əmirov adına "Balaxanıneft" NQÇİ-nin mədən ərazisində bioremediasiya sahəsinə 3 400 kubmetr neftşlam, şlam çıxarılmış sahələrə isə 2 340 kubmetr ştib daşınıb. Qala gölünün ətrafında isə ərazidən 15 000 kubmetr şlam çıxarılıb və 8 000 kubmetr ştib daşınıb. "Balaxanıneft" NQÇİ-nin mədən ərazisində isə bioremediasiya sahəsinə 3 262 kubmetr neftşlam, şlam çıxarılmış sahələrə isə 1 195 kubmetr ştib daşınıb. Bu layihə sahəsinə əlavə yol çəkilib və digər hazırlıq işləri görülüb.
Abşeron yarımadasında mövcud ekoloji problemlərin həlli üçün 2006-cı il martın 1-də yaradılan "Ekol Mühəndislik Xidmətləri" QSC-nin təsisçiləri ARDNŞ (51 faiz) və Lancer S.A. Services (49 faiz) şirkətləridir.