...

"Bakıelektrikşəbəkə" elektrik enerjisinin alışını azaldıb

Energetika Materials 31 Mart 2011 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir E.İsmayılov/

Fevralda "Bakıelektrikşəbəkə" ASC "Azərenerji" ASC-dən 772,4 milyon kilovat-saat elektrik enerjisi alıb. Bu göstərici yanvarda 786,1 milyon kilovat-saat olub. Trend-in məlumatına görə, bu barədə ASC-nin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Yanvar-fevralda "Bakıelektrikşəbəkə" "Azərenerji"dən 1,56 milyard kilovat-saat elektrik enerjisi alıb.

2010-cu ildə "Bakıelektrikşəbəkə" ASC 7,92 milyard kilovat-saata yaxın elektrik enerjisi alıb. Bu göstərici 2009-cu ildə 8,1 milyard kilovat-saat olub.

"Azərenerji" ASC-nin tədarük etdiyi elektrik enerjisinə görə fevralda "Bakıelektrikşəbəkə"nin ödəniş həcmi 84,1 faiz təşkil edib. Bu göstərici yanvarda 83,8 faiz olub. Yanvar-fevralda ümumilikdə orta hesabla ödəniş həcmi 83,95 faiz təşkil edib.

2010-cu ildə bu göstərici orta hesabla 96,2 faiz, 2009-cu ildə isə 84,44 faiz olub.

Xəbər lenti

Xəbər lenti