...

I rübdə Batumi neft terminalı vasitəsilə yüklərin daşınması azalıb

Energetika Materials 21 Aprel 2011 17:54 (UTC +04:00)

Qazaxıstan, Astana, 21 aprel /Trend, müxbir A.Maratov/

Birinci rübdə Batumi neft terminalı vasitəsilə neft və neft məhsullarının daşınma həcmləri 2010-cu ilin analoji dövründəki 1 805 102 tona nisbətdə 1 108 202 ton təşkil edib. Bu barədə cümə axşamı Trend-ə terminalın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, daşınmanın ümumi həcminin azalması nəqliyyat bazarındakı, eləcə də konkret səbəblərlə bağlıdır.

"Belə ki, "TengizŞevroyl" neft həcmlərinin bir hissəsi Kulevi terminalına göndərilib", - hesabatda deyilir.

Şirkətin məlumatına görə, cari ilin birinci rübündə Azərbaycandan daşınan neft məhsullarının ümumi həcmi 318 348 ton, Qazaxıstandan - 664 713 ton, Türkmənistandan - 49 185 ton, Gürcüstandan - 15 899 ton, Rumıniyadan - 45 646 ton, Rusiyadan - 14 411 ton təşkil edib.

Cari ilin birinci rübündə neft daşımalarının ümumi həcmi 969 279 ton təşkil edib ki, bunun da 9 244 tonu Türkmənistandan, 296 998 tonu Azərbaycandan, 647 138 tonu Qazaxıstandan, 15 899 tonu Gürcüstandan daşınıb.

Batumi neft terminalı "QazMunayQaz" şirkətinin 100 faizlik mülkiyyətidir.

Xəbər lenti

Xəbər lenti