...

ARDNŞ və BP əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Energetika Materials 27 Aprel 2011 17:54 (UTC +04:00)
Xəzər dənizinin Azərbaycan sektorunda "Şəfəq-Asiman" dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş çərçivəsində kəşfiyyat işləri nəzərdə tutulan plana uyğun aparılır.
ARDNŞ və BP əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Xəzər dənizinin Azərbaycan sektorunda "Şəfəq-Asiman" dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş çərçivəsində kəşfiyyat işləri nəzərdə tutulan plana uyğun aparılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ARDNŞ prezidenti Rövnəq Abdullayev Böyük Britaniyanın BP şirkətinin rəhbəri Robert Dadli ilə görüşündə deyib.

ARDNŞ və BP bu perspektiv strukturların kəşfiyyatı və işlənməsi üzrə PSA tipli saziş imzalayıblar. Saziş 30 illik müddətə imzalanıb. Kəşfiyyat dövrü 4 ildir. Onun sonralar daha 3 il uzadılması mümkündür. Birinci mərhələdə 2 quyunun qazılması planlaşdırılır. İkinci mərhələdə, zərurət olarsa, daha 2 quyu qazılacaq. İstismar dövrünə keçərkən tərəflər layihə çərçivəsində birgə operatorluq edəcəklər. Sazişdə iştirak payının bölüşdürülməsi 50-nin 50-yə nisbətindədir.

Görüş zamanı Abdullayev bildirib ki, tərəflər arasında imzalanan saziş təsdiq edilməsi üçün artıq Azərbaycan Milli Məclisinə təqdim olunub. ARDNŞ rəhbəri əminliyini ifadə edib ki, sənəd qısa müddət ərzində təsdiq olunacaq.

Dəniz blokunun ehtiyatları 300-500 milyard kubmetr qaz həcmində qiymətləndirilir.

"Şəfəq" və "Asiman" strukturları Bakıdan 125 kilometr cənub-şərqdə yerləşir. 2009-cu ilin iyulunda ARDNŞ və BP Londonda Xəzər dənizinin Azərbaycan sektorunda "Şəfəq" və "Asiman" perspektiv strukturlarının birgə geoloji kəşfiyyatı və işlənməsi haqqında qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

Əvvəllər blokda kəşfiyyat işləri aparılmayıb. O, dənizin dərinsulu hissəsində - təxminən 650-850 metr dərinlikdə yerləşir və rezervuarın dərinliyi 7 min metrdir.

Görüş zamanı tərəflər Azərbaycanın qaz-kondensat yatağı "Şahdəniz"in işlənməsinin ikinci mərhələsi çərçivəsində hazırlıq işlərini, gözlənilən perspektivləri, Azərbaycan qazının Avropaya nəqlini, ARDNŞ və BP-nin Azərbaycanda və qonşu ölkələrdə həyata keçirilən layihələrdə əməkdaşlıq imkanlarını da müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti