...

Kulevi neft terminalı yedək gəmisi alıb

Energetika Materials 30 Aprel 2011 12:30 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Kulevi neft terminalı "Bars" universal yedək gəmisi alıb. Gəmi AFRAMAX tipli tankerlərin yedəyə götürülməsi üçün istifadə ediləcək.
Kulevi neft terminalı yedək gəmisi alıb

Azərbaycan, Bakı, 30 aprel /Trend/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Kulevi neft terminalı "Bars" universal yedək gəmisi alıb. Gəmi AFRAMAX tipli tankerlərin yedəyə götürülməsi üçün istifadə ediləcək. Trend-in məlumatına görə, bu barədə terminalın şənbə günü yaydığı məlumatda deyilir.

Gəmi güclü mühərrik (4080 at gücü), müasir naviqasiya və yanğınsöndürmə sistemi ilə təchiz edilib.

Məlumata görə, Kulevi terminalı istismara başladığı vaxtdan 347 tanker yükləyib və yola salıb.

Kulevi terminalı istismara 2008-ci ilin mayında verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanıb. Terminalda yüklərin yüklənib-boşaldılmasının ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir. Rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir və 380 min kubmetrədək artırılması mümkündür.

Xəbər lenti

Xəbər lenti