...

ARDNŞ-nin BƏƏ-dəki neft terminalı strateji vacib layihədir - nazir

Energetika Materials 3 May 2011 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Socar Trading" ticarət bölməsi tərəfindən Füceyrə (BƏƏ) limanında neftin saxlanması üçün tikilən terminal bu ilin sonunda işə salınacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda BƏƏ iqtisadiyyat naziri Sultan bin Səid əl-Mənsur bildirib.

Onun sözlərinə görə, layihə BƏƏ üçün strateji vacib layihədir, çünki o, ölkəyə Fars körfəzi ilə neft ticarətini genişləndirməyə imkan verir.

Ötən ilin mayında ARDNŞ və İsveçrədə yerləşən "Aurora Progress" ticarət evi neft məhsullarının saxlanması da daxil olmaqla, neft anbarlarının inkişafı sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər.

ARDNŞ "SOCAR Trading" (İsveçrə) şirkəti ilə təmsil edilib.

Gücü 645 min kubmetr olan bu terminalın tərkibinə 20 rezervuar daxildir və terminal benzin, nafta, orta distillat və digər neft məhsullarının daşınması imkanına malikdir.

Terminalın üçüncü tərəfə infrastrukturun gücünü təklif edən müstəqil operatoru SOCAR AURORA olacaq.

Xəbər lenti

Xəbər lenti