...

ARDNŞ iki neft-qaz quyusunu istismara verib

Energetika Materials 28 May 2011 13:04 (UTC +04:00)
ARDNŞ "Günəşli" yatağında iki neft-qaz quyusunu istismara verib. Quyunun dayaz hissəsini ARDNŞ öz vəsaitləri hesabına işləyir. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin yaydığı məlumatda deyilir.
ARDNŞ iki neft-qaz quyusunu istismara verib

Azərbaycan, Bakı, 28 may /Trend/

ARDNŞ "Günəşli" yatağında iki neft-qaz quyusunu istismara verib. Quyunun dayaz hissəsini ARDNŞ öz vəsaitləri hesabına işləyir. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin yaydığı məlumatda deyilir.

Quyular "Günəşli-11" və "Günəşli-13" platformalarda istismara verilib. Onlardan birinin sutkalıq debiti 100 ton neft və 18 min kubmetr qaz, ikincisinin isə 120 ton neft və 10 min kubmetr qaz təşkil edir.

Hər iki quyu "28 May" NQÇİ-nin istismar fonduna daxil edilib.

Xəbər lenti

Xəbər lenti