...

"Cənub dəhlizi" Avropaya qazı bazar qiymətləri ilə çatdıracaq - ABŞ səfiri

Energetika Materials 8 İyun 2011 13:23 (UTC +04:00)
ABŞ və onun avropalı tərəfdaşları Azərbaycanla əməkdaşlığa enerji bazarlarında balansın saxlanması üsulu kimi baxır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirib.
"Cənub dəhlizi" Avropaya qazı bazar qiymətləri ilə çatdıracaq - ABŞ səfiri

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir A.Bədəlova/

ABŞ və onun avropalı tərəfdaşları Azərbaycanla əməkdaşlığa enerji bazarlarında balansın saxlanması üsulu kimi baxır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirib.

"Biz "Cənub dəhlizi"ni dəstəkləyirik, çünki bu layihə qazın avropalı istehlakçılara bazar qiymətləri ilə çatdırılmasını təmin etməyə kömək edəcək", - Brayza deyib.

Onun sözlərinə görə, Azərbaycanın son illər ərzində əldə etdiyi nailiyyətlər və "Şahdəniz" iri qaz-kondensat yatağının işlənməsi layihəsi üzrə konsorsiumun işi ABŞ-da müsbət təəssürat yaradıb.

Brayzanın dediyinə görə, bu yataqdan qazın satışı ilə bağlı danışıqlar tam sürətlə gedir və "Şahdəniz" konsorsiumu Avropaya tranzit sisteminin inkişafı üçün fəal səy göstərir.

"Ümid edirik ki, "Şahdəniz-2" üzrə danışıqlar başa çatacaq və ABŞ şirkətləri bu tarixi layihəyə cəlb ediləcəklər", - Brayza bildirib.

Səfir Azərbaycanı stabil ölkə adlandırıb.

"Azərbaycanda sosial sabitlik müşahidə olunur ki, bu da onu Yaxın Şərq və Şimali Afrika ölkələrindən fərqləndirir", - Brayza bildirib.

Enerji tədarükünün mənbə və marştutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

"Şahdəniz" yatağının tammiqyaslı işlənməsi çərçivəsində işlər son mərhələyə çıxıb və 2017-ci ildə ilk qazın əldə edilməsi gözlənilir.

Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində hasilatın ən yüksək həddi 9 milyard kubmetr qaz və 50 min barel kondensat səviyyəsində proqnozlaşdırılır. Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı həcmini ildə daha 24 milyard kubmetrədək çatdırmaq mümkün olacaq.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qiymətləndirilir.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: bp (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%. "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti