...

Azərbaycanda Avropaya ixrac oluna biləcək əhəmiyyətli qaz potensialı mövcuddur - OMV

Energetika Materials 9 İyun 2011 16:35 (UTC +04:00)
Azərbaycanda "Şahdəniz" yatağı ilə yanaşı, Avropaya ixrac oluna biləcək əhəmiyyətli qaz potensialı mövcuddur.
Azərbaycanda Avropaya ixrac oluna biləcək əhəmiyyətli qaz potensialı mövcuddur - OMV

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir A.Bədəlova/

Azərbaycanda "Şahdəniz" yatağı ilə yanaşı, Avropaya ixrac oluna biləcək əhəmiyyətli qaz potensialı mövcuddur. Trend-in məlumatına görə, bu barədə Avstriyanın OMV şirkətinin Beynəlxalq boru kəmərləri layihələri idarəsinin rəhbəri Maykl-Diter Ulbrix cümə axşamı 18-ci Beynəlxalq "Xəzər Neft və Qaz, Neft Emalı və Neft-Kimya" sərgi və konfransı çərçivəsində keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, xüsusilə "Fukusima-1" AES-də baş verən faciəli hadisələrdən sonra Avropanın qaza və onun idxalına tələbatı artacaq.

Bununla əlaqədar bir neçə boru kəməri layihələrinin olması məqsədəuyğun olardı. Onun sözlərinə görə, bazarlar, qaza tələbat və Xəzər regionunda onun əlçatan həcmləri mövcuddur və ona görə də çoxlu sayda boru kəmərlərinin olması lazımdır.

Ulbrix deyib ki, habelə Avropa bazarlarına tədarük edilə biləcək potensial qaz Türkmənistanda da var.

Türklmənistan qazının Avropaya nəqli məqsədilə boru kəmərinin tikintisi üçün heç bir qanunvericilik əngəlləri yoxdur.

"Biz Aİ-nin dəstəyi ilə Azərbaycanla Türkmənistan arasında hökumətlərarası sazişə gətirib çıxara biləcək bir çox vədlər verən danışıqları izləyirik", - Ulbrix deyib.

Onun sözlərinə görə, Türkmənistan qazının Azərbaycan vasitəsilə nəqli üçün Transxəzər qaz kəmərinin tikintisi kommersiya baxımından da sərfəli ola bilər.

Xəbər lenti

Xəbər lenti