...

Səngəçal elektrik stansiyası elektrik enerjisi istehsalını artırıb

Energetika Materials 21 İyun 2011 15:54 (UTC +04:00)
Yanvar-may ayları ərzində Səngəçal elektrik stansiyası proqnozlaşdırılan 485,5 milyon kilovat-saata qarşı 493 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edib.
Səngəçal elektrik stansiyası elektrik enerjisi istehsalını artırıb

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Yanvar-may ayları ərzində Səngəçal elektrik stansiyası proqnozlaşdırılan 485,5 milyon kilovat-saata qarşı 493 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edib. Bu barədə çərşənbə axşamı Trend-ə "Azərenerji" ASC-dən (Azərbaycanda elektrik enerjisinin istehsalı və payhlanması) verilən məlumatda belə deyilir.

May ayında elektrik stansiyasında 33,6 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib ki, bu da proqnozlaşdırılandan 2,1 milyon kilovat-saat çoxdur.

Ümumi gücü 300 meqavat olan Səngəçal elektrik stansiyası 18 aqreqatdan ibarətdir. Digər enerji obyektlərindən fərqli olaraq, bu stansiya yanacağın üç növü - mazut, qaz və dizellə işləyir.

Xəbər lenti

Xəbər lenti