...

ARDNŞ-nin Gürcüstandakı yanacağının keyfiyyəti müəyyən olunmuş tələbləri üstələyir

Energetika Materials 22 İyun 2011 16:44 (UTC +04:00)
Gürcüstanda Neft Məhsulları İstehsalçıları və İxracatçıları Birliyi və neft məhsullarının sertifikatlaşdırılması orqanı "Monitorinq" iyunda "SOCAR Energy Georgia" şirkəti tərəfindən Azərbaycandan idxal olunan "Regular" markalı benzinin və I-62 dizel yanacağının keyfiyyətinin birgə monitorinqini keçiriblər.
ARDNŞ-nin Gürcüstandakı yanacağının keyfiyyəti müəyyən olunmuş tələbləri üstələyir

Gürcüstan, Tbilisi, 22 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda Neft Məhsulları İstehsalçıları və İxracatçıları Birliyi və neft məhsullarının sertifikatlaşdırılması orqanı "Monitorinq" iyunda "SOCAR Energy Georgia" şirkəti tərəfindən Azərbaycandan idxal olunan "Regular" markalı benzinin və I-62 dizel yanacağının keyfiyyətinin birgə monitorinqini keçiriblər. "SOCAR Energy Georgia" Gürcüstanda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) maraqlarını təmsil edir.

Monitorinq məzuniyyət dövrünün başladığı zaman yanacağa tələbat artdığına görə xüsusi olaraq yay mövsümü üzrə keçirilib. Yoxlamalar Gürcüstanın bütün ərazisində aparılıb.

Yoxlamalar zamanı müəyyən olunub ki, Regular (А B-91) markalı benzin 93-93,5 oktan sayına malikdir ki, bu da müəyyən edilən standartdan (keyfiyyət) yuxarıdır.

Benzinin tərkibində praktiki olaraq qurğuşun yoxdur - 0,0009-0,001 (qüvvədə olan qanunvericiliyə görə qurğuşunun miqdarı 0,013 vahidi ötməməlidir); aromatik karbohidratların miqdarı - 25,030 faiz (mövcud tələblərə görə 45 faizdən çox olmamalıdır); benzolun miqdarı - 0,9-1 faiz (mövcud tələblərə görə 5 faizdən çox olmamalıdır); kükürdün miqdarı - 150 vahid (mövcud tələblərə görə 500 vahiddən çox olmamalıdır) təşkil edib.

Yoxlamalar zamanı dizel yanacağındakı suyun miqdarına xüsusi fikir verilib, çünki suyun miqdarı avtomobildə ciddi problemlərin yaranmasına səbəb olur. ARDNŞ-nin dizel yanacağında su aşkar olunmayıb.

Hazırda Gürcüstanda SOCAR brendi altında 70-dən artıq yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. İlin sonunadək onların ümumi sayı 100 ədədədək artırılacaq.

Xəbər lenti

Xəbər lenti