...

ARDNŞ avrobondların birinci buraxılışı üzrə anderrayter-bankları müəyyən edib

Energetika Materials 14 İyul 2011 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend/

RBS (Royal Bank of Scotland), "Sity bank" və "Deutsche bank" ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) avrobondlarının birinci buraxılışının təşkilatçıları olacaqlar. Bu barədə çərşənbə günü Trend-ə şirkətdən məlumat verilib.

Bu maliyyə təşkilatları komission olmadan, yalnız cari xərclər üzrə vəsait götürərək ARDNŞ avrobondlarının buraxılışını təşkil edəcəklər.

Avrobondların buraxılışı ilə əlaqədar birinci buraxılışın 500 milyon dollar olmasının məqsədəuyğunluğu haqqında qərar qəbul olunub. Dövlət Neft Şirkətiin gözləntilərinə görə, ARDNŞ-nin avrobondlarına tələb təklifi iki-üç dəfə üstələyəcək.

Şirkətdən deyildiyi kimi, hazırda ARDNŞ sərmayədarlar üçün "road show"nun keçirilməsinə hazırlaşır və emissiya prospekti hazırlayır. Şirkətin əsas aktivləri üzrə məlumatın toplandığı xüsusi mərkəz yaradılıb, bundan sonra ARDNŞ-nin və anderrayter bankların hüquqşünasları ilə onun auditi keçiriləcək.

Avrobondların Avropa və Asiya bazarları üzrə buraxılışı ehtimal olunur, lakin mövcud praktikaya görə, amerikalı sərmayədarlar onları özlərinin ofşor bölmələri vasitəsilə əldə edə bilərlər.

ARDNŞ Azərbaycanın Dövlət Neft Şirkətidir. 2010-cu ildə ARDNŞ neftqazçıxarma idarələri tərəfindən 7,28 milyon ton neft və 7 milyard kubmetrdən çox qaz hasil edilib. ARDNŞ xarici tərəfdaşlarla birgə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" qaz-kondensat yatağı kimi iri layihələrdə iştirak edir. ARDNŞ-nin tərkibinə "Azneft" İB (quruda və dənizdə neft və qaz hasilatı müəssisəsi), "Azərikimya" İB (kimya sənayesi müəssisəsi),"Azəriqaz" (qaz paylanması) müəssisəsi daxildir.

ARDNŞ ölkədə neft məhsullarının yeganə istehsalçısıdır (balansında iki NEZ-ə malikdir), eləcə də Azərbaycanda, Gürcüstanda və Ukraynada yanacaqdoldurma məntəqələrinə malikdir.

ARDNŞ Türkiyənin ən iri neft-kimya kompleksi olan "Petkim"in ortaq sahibidir. Özünün ticarət bölməsi olan "SOCAR Trading" şirkəti vasitəsilə dünyanın müxtəlif regionlarında neft ticarəti həyata keçirir.

Xəbər lenti

Xəbər lenti