Azərbaycan, Bakı, 15 iyun /Trend/
2011-cu il iyulun 1-nə olan məlumata görə, Azərbaycanda əsas istehlakçılarda mazut ehtiyatı 258,6 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 23,6 faiz azdır. Bu barədə Trend-ə Azərbaycan Dövlət Statistika Komitəsindən bildiriblər.
İyulun 1-nə avtomobil benzini ehtiyatı 16 min ton olub ki, bu da 2010-cu il iyulun 1-nə olan göstəricidən 1,9 faiz çoxdur.
Əsas istehlakçıların dizel yanacağı ehtiyatı, iyulun 1-nə olan məlumata əsasən, 17,3 min ton təşkil edib. Bu, ötən ilin analoji göstəricisindən 14,6 faiz çoxdur.
Əsas istehlakçılarda maye qaz ehtiyatının həcmi 2,7 min ton olub ki, bu da 2010-cu ilin analoji dövr göstəricisindən 80 faiz çoxdur.
Cari ilin yanvar-iyun aylarının yekunlarına görə, əsas istehlakçılarda 2010-cu ildə daş kömür ehtiyatları 8,5 min ton olub. Bu da ötən ilin göstəricisindən 54,5 faiz çoxdur.