...

ARDNŞ Gürcüstanda yeni YDM-in tikintisini davam etdirir

Energetika Materials 22 İyul 2011 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir E.İsmayılov/

"SOCAR Energy Georgia" (Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstanda maraqlarını təmsil edir) şirkətinin törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" şirkəti Tbilisinin rayonlarından birində SOCAR brendi altında sayca 75-ci yanacaqdoldurma məntəqəsini (YDM) istismara verib. Bu barədə cümə günü "SOCAR Energy Georgia"dakı mənbə məlumat verib.

Onun sözlərinə görə, hazırda Gürcüstanda SOCAR brendi altında yeni YDM-in tikintisi üzrə işlər davam etdirilir.

"Hazırda Gürcüstandakı YDM-lərimizin sayı 75 ədəddir, ilin sonunadək onların sayının 100-ə çatdırılması planlaşdırılır", - mənbə bildirib.

"SOCAR Georgia Petroleum" 2006-cı ildən öz işinə başlayıb və "SOCAR Energy Georgia" şirkətinin 100 faizlik törəmə müəssisəsidir.

ARDNŞ Azərbaycanda bir sıra yanacaqdoldurma məntəqələrinə malikdir. Həmçinin Ukraynada SOCAR brendi altında mərhələli şəkildə yanacaqdoldurma məntəqələri açılır. Yayın ortalarında ARDNŞ Rumıniyada yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti