...

ARDNŞ Yaxın Şərq bazarlarına çıxış əldə etmək niyyətindədir

Energetika Materials 25 İyul 2011 12:45 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Türkiyə vasitəsilə Yaxın Şərq bazarlarına çıxış əldə etmək niyyətindədir.
ARDNŞ Yaxın Şərq bazarlarına çıxış əldə etmək niyyətindədir

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir A.Bədəlova/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Türkiyə vasitəsilə Yaxın Şərq bazarlarına çıxış əldə etmək niyyətindədir. Bunu ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xarici İnvestisiyalar İdarəsinin rəhbəri Vaqif Əliyev türkyəli jurnalistlərlə görüşündə bildirib. Trend-in məlumatına görə, bu barədə "Today's Zaman" yazır.

"Biz artıq Yaxın Şərqdəki potensial istehlakçı ölkələrlə ilkin araşdırmalar aparmışıq. Suriyada vəziyyət sabitləşən kimi biz Yaxın Şərqdəki bütün istehlakçılara qaz satışına başlayacağıq", - Əliyev deyib.

Azərbaycan qazının Suriyaya tədarükü Türkiyə (Kilis)- Suriya (Aleppo) boru kəmərinin tikintisi başa çatdıqdan sonra mümkün olacaq. Lakin Suriyada siyasi vəziyyətin qeyri-sabit olması bu layihənin başa çatacağı tarixə təsir edə bilər.

Türkiyənin BOTAŞ şirkəti Türkiyə ilə Suriyanın Aleppo şəhərini birləşdirəcək marşrutu gələn il başa çatdırmağı planlaşdırır. Bu marşrut ARDNŞ-yə habelə İordaniya və İsrailə də qaz satmağa imkan verəcək.

Aleppo ilə Kilis arasındakı qaz kəmərinin ümumi uzunluğu 65 kilometrə yaxındır.

Suriya Prezidenti Bəşər əl-Əsədin 2009-cu ilin iyulunda Azərbaycana səfəri zamanı tərəflər arasında bir milyard kubmetr qazın nəqli haqqında razılaşma əldə edilib.

2010-cu ilin aprelində Azərbaycan İordaniya ilə iqtisadi əməkdaşlıq haqqında protokol imzalayıb. Həmin protokol qeyri-müəyyən həcmdə Azərbaycan neftinin və qazının İordaniyaya ixracı məsələlərinin müzakirəsi üçün əsasdır.

"Suriya onun qaz şəbəkəsini Türkiyə ilə birləşdirən boru kəmərinin tikintisinə maraq göstərir, BOTAŞ isə artıq sərhədyanı ərazilərdə boru kəmərinin bəzi hissələrinin tikintisini başa çatdırıb", - Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti