...

İlin I yarısında Batumi neft terminalı vasitəsilə yüklərin daşınması azalıb

Energetika Materials 28 İyul 2011 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir E.İsmayılov/

2011-ci ildə Qazaxıstanın "QazMunayQaz" şirkətinə məxsus Batumi neft terminalı 5,5 milyon ton neft yüklərinin daşınmasını planlaşdırır. Bu barədə cümə axşamı Trend-ə terminaldakı mənbə məlumat verilib.

"2011-ci ildə 5,5 milyon ton neft və neft məhsullarının daşınması planlaşdırılır", - mənbə deyib.

Onun sözlərinə görə, ilin birinci yarısında ötən ilin analoji dövründəki 3,35 milyon tona yaxın neft və neft məhsullarına qarşı 2,57 milyon tona yaxın neft və neft məhsulları daşınıb.

Şirkətin məlumatına görə, daşınmaların həcminin azalması həm daşınma bazarındakı ümumi dəyişikliklərlə, həm də konkret səbəblərlə bağlıdır.

"TengizŞevroyl" neftinin həcmlərinin bir hissəsi yenidən ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Kulevi terminalına göndərilib.

Batumi neft terminalı "QazMunayQaz" şirkətinin 100 faizlik mülkiyyətidir.

Xəbər lenti

Xəbər lenti