...

ARDNŞ "Tullantıların idarə olunması planı"nı hazırlayıb

Energetika Materials 9 Avqust 2011 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 avqust /Trend/

ARDNŞ "Tullantıların idarə olunması planı"nı tətbiq edir. Bu barədə ARDNŞ-nin Ekologiya İdarəsinin yaydığı məlumatda deyilir.

"ARDNŞ-nin "Ekoloji siyasət" sənədində az tullantı yaradan texnologiyaların tətbiqi və yaranan tullantıların düzgün idarə olunması əksini tapıb. Bu məqsədlə ARDNŞ-nin "Tullantıların idarə olunması Planı" hazırlanıb və hazırda tətbiq olunur", - məlumatda deyilir.

ARDNŞ tullantıların idarə olunması mərkəzinin yenidənqurulması üçün texniki iqtisadi əsaslandırma və layihə sənədləri üzərində işləri başa çatdırmaq üzrədir. Gələcəkdə layihə üzrə tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi və bu sahədə müasir texnoloji proseslərin tətbiq edilməsi nəzərdə tutulur.

ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin rəhbərlik etdiyi nümayəndə heyəti tullantıların idarə edilməsi sahəsində müasir texnologiya və qabaqcıl təcrübələrlə yaxından tanış olmaq üçün Almaniyanın Hanover və Bremen şəhərlərinə ezam olunublar. Orada onlar tullantıların idarə olunması üzrə fəaliyyət göstərən istehsalat sahələrində olublar.

Tullantıların utilizasiyası mərkəzinin yenidənqurulması layihəsi üçün TİƏ-nin hazırlanması üzrə müqavilə ötən il mayın 20-də MI-LLC və ARDNŞ arasında imzalanıb.

TİƏ-nin hazırlanması çərçivəsində, həmçinin ARDNŞ-nin müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantıların həcmindən asılı olaraq, yenidən emal üzrə müvafiq texnologiyaların seçimi nəzərdə tutulub.

Yenidənqurma üzrə işlər ARDNŞ və ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında 572 min dollar dəyərində qrant saziş çərçivəsində həyata keçiriləcək. Saziş ötən il avqustun 13-də imzalanıb.

Xəbər lenti

Xəbər lenti