...

Azərbaycanda alternativ enerji mənbələrinin inkişafına böyük diqqət ayrılır - Dövlət Agentliyi

Energetika Materials 5 Sentyabr 2011 15:36 (UTC +04:00)
"Yaşıl iqtisadiyyat"ın və alternativ enerji mənbələrinin inkişafı üçün dövlət dəstəyinin olması, qanunvericilik bazasının və investisiyaların inkişafı vacibdir.
Azərbaycanda alternativ enerji mənbələrinin inkişafına böyük diqqət ayrılır - Dövlət Agentliyi

Azərbaycan, Bakı, 5 sentyabr /Trend,müxbir E.İsmayılov/

"Yaşıl iqtisadiyyat"ın və alternativ enerji mənbələrinin inkişafı üçün dövlət dəstəyinin olması, qanunvericilik bazasının və investisiyaların inkişafı vacibdir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi keçirilən "Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə "yaşıl iqtisadiyyat" üçün hüquqi baza, sistem və perspektivlər üzrə regional analiz və dialoq" seminarında Azərbaycanın Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi rəhbərinin müavini Cəmil Məlikov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı məqsədilə konkter tədbirlər görülür, qanunvericilik bazası hazırlanır.

Seminarın keçirilməsində əsas məqsəd həm iqtisadi, həm də ekoloji təhlükəsizlik məsələləri ilə bağlı problemlərin həlli üçün ehtiyac və prioritetlərin aşkar olunması, enerjidən rasional istifadənin inkişafı və alternativ və bərpa olunan enerji mənbələrinin tətbiqi yollarının müzakirəsidir.

Seminarda azərbaycanlı mütəxəssislərlə yanaşı Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Yunanıstan və digər ölkələrdən gəlmiş mütəxəssislər iştirak edirlər.

Alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üzrə proqram çərçivəsində milli əlaqələndirici rolunu Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yerinə yetirir.

Xəbər lenti

Xəbər lenti