...

ARDNŞ BƏƏ-dəki terminalın istismara verilmə tarixini açıqlayıb

Energetika Materials 14 Sentyabr 2011 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "SOCAR Trading" ticarət bölməsi tərəfindən Füceyrə (BƏƏ) limanında neftin saxlanması üçün tikilən terminalın birinci hissəsi payızda işə salınacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ARDNŞ-nin yüksəkrütbəli nümayəndəsi bildirib.

"Layihə uğurla həyata keçirilir, birinci hissə payızda- noyabrdan gec olmayaraq istismara veriləcək", - şirkətin nümayəndəsi deyib.

Ötən ilin mayında ARDNŞ və İsveçrədə yerləşən "Aurora Progress" Ticarət evi neft məhsullarının saxlanması da daxil olmaqla, neft anbarlarının inkişafı sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər.

ARDNŞ "SOCAR Trading" şirkəti ilə təmsil edilib.

Gücü 645 min kubmetr olan bu terminala 20 rezervuar daxildir və terminal benzin, nafta, orta distillat və digər neft məhsullarının daşınması imkanına malikdir.

Terminalın üçüncü tərəfə infrastrukturun gücünü təklif edən müstəqil operatoru SOCAR AURORA olacaq.

Xəbər lenti

Xəbər lenti