...

ARDNŞ rəhbərliyi bir sıra ictimai obyektlərdə olub

Energetika Materials 20 Sentyabr 2011 16:09 (UTC +04:00)
ARDNŞ rəhbərliyi şirkətin prezidenti Rövnəq Abdullayevin başçılığı ilə Bakının Qaradağ rayonunda idman kompleksinin ərazisində yerləşən mehmanxananın əsaslı təmirdən sonra açılışında iştirak edib.
ARDNŞ rəhbərliyi bir sıra ictimai obyektlərdə olub

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbərliyi şirkətin prezidenti Rövnəq Abdullayevin başçılığı ilə Bakının Qaradağ rayonunda idman kompleksinin ərazisində yerləşən mehmanxananın əsaslı təmirdən sonra açılışında iştirak edib.

Kompleks ARDNŞ Sosial İnkişaf İdarəsinin tərkibindədir.

Mərasimdə qeyd olunub ki, kompleksin ümumi sahəsi 46 min kvadratmetrdir.

Mehmanxana 2003-cü ildə tikilib və əsaslı təmirinə isə 2010-cu ildə başlanıb. Burada ikinəfərlik 14 nömrə və eyni sayda 3 nəfərlik nömrələr var. Həmçinin mehmanxanada yeməkxana, konfrans və akt zalları, bərbərxana, tibb məntəqəsi və digər inzibati təyinatlı şöbələr var.

Çərşənbə günü Rövnəq Abdullayev Mərkəzi Neftçilər Xəstəxanasında da olub. O, Azərbaycanda qeyd olunan Neftçilər Günü münasibətilə xəstəxanada müalicə olunan neftçilərə hədiyyələr verib.

Xəbər lenti

Xəbər lenti