...

ARDNŞ separator istehsalına başlayıb

Energetika Materials 28 Sentyabr 2011 19:35 (UTC +04:00)
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda işçi təzyiqi 100 atmosferədək olan torlu və jalüzlü neft-qaz separatorlarının istehsalına başlanılıb.
ARDNŞ separator istehsalına başlayıb

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir E.İsmayılov/

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda işçi təzyiqi 100 atmosferədək olan torlu və jalüzlü neft-qaz separatorlarının istehsalına başlanılıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) çərşənbə günü yaydığı məlumatda deyilir.

Bu zavod ARDNŞ tərkibində olan müəssisələrdən biridir.

Artıq həmin separatorların texniki şərtlərinin razılaşdırılması ilə bağlı məsələlərə dövlət nəzarət orqanlarında baxılıb və zavoda bu məhsulun standartlara uyğun olmasını təsdiq edən "Texniki Təhlükəsizlik Sertifikatı" verilib.

Xəbər lenti

Xəbər lenti