...

Yaxın iki-üç ay ərzində Xəzərdə kəşfiyyat quyularının qazılması başa çatacaq - İranın naziri

Energetika Materials 11 Oktyabr 2011 18:04 (UTC +04:00)
Xəzər dənizindən karbohidrogen ehtiyatlarının çıxarılması İranın Neft Nazirliyinin prioritetidir.
Yaxın iki-üç ay ərzində Xəzərdə kəşfiyyat quyularının qazılması başa çatacaq - İranın naziri

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir T.Cəfərov/

Xəzər dənizindən karbohidrogen ehtiyatlarının çıxarılması İranın Neft Nazirliyinin prioritetidir. Bunu İranın neft naziri Rüstəm Qasımi çərşənbə axşamı Xəzər dənizində kəşfiyyat işləri ilə məşğul olan İranın "Neft Xəzər" şirkətinə baxış keçirərkən deyib. Bu barədə Trend İranın SHANA xəbər agentliyinə istinadən məlumat verir.

Qasımi bildirib ki, yaxın iki-üç ay ərzində Xəzərdə kəşfiyyat quyularının qazılması başa çatacaq. "Ümid edirəm ki, müsbət nəticə əldə olunacaq", - Qasımi deyib.

Bundan əvvəl İranın "Neft Xəzər" şirkəti Xəzərdə 46 böyük və kiçik karbohidrogen strukturu kəşf etdiyini bəyan edib. Məlumata əsasən, kəşf olunan əhəmiyyətli strukturlar dənizin dərinliyində yerləşir.

Xəzərdə İranın ilk qazma platforması Əmir Kəbir (sabiq "Alborz") 2009-cu ildə istismara verilib. İranın "Əmir Kəbir" platforması "Sedra" şirtkəti tərəfindən Neka (Mazandaran əyaləti) sahillərində inşa edilib. Qurğu suyun 1000 metr dərinliyində işləmək və 6000 metr dərinlikdə quyu qazmaq gücünə malikdir. Platforma dörd dayaq üzərində yerləşir və yarımyükləmə qurğusudur. Platforma İran mühəndisləri tərəfindən hazırlanıb.

Xəbər lenti

Xəbər lenti