...

Rusiyanın Novorossiysk limanı neft daşımalarını azaldıb

Energetika Materials 14 Oktyabr 2011 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir E.İsmayılov/

Yanvar-sentyabr aylarında Rusiyanın Novorossiysk beynəlxalq dəniz limanı vasitəsilə 84,3 milyon tona yaxın neft daşınıb. 2010-cu ilin yanvar-sentyabrında bu göstərici 85,07 milyon tondan çox olub. Trend-in məlumatına görə, bu barədə cümə günü limanın rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir.

"Novorossiysk Dəniz Ticarət Limanı" ASC bu dövrdə 13 milyon tona yaxın neft məhsulları daşıyıb. 2010-cu ilin analoji dövründə bu göstərici 116,05 milyon tona yaxın olub.

Ümumilikdə, yanvar-sentyabrda liman vasitəsilə 117,2 milyon tondan çox müxtəlif yüklər daşınıb. 2010-cu ilin analoji dövründə bu göstərici 116,05 milyon tona yaxın olub.

ARDNŞ Novorossiysk limanı vasitəsilə şəxsi neftinin daşınmasını həyata keçirir.

Novorossiysk Qara dəniz ticarət limanının yükdaşımaları üzrə ümumi cədvəl:

Yanvar-sentyabr, 2011-ci il

Yanvar-sentyabr, 2010-cu il

Fərq

Min ton

Min ton

%-lə

Ümumi yük dövriyyəsi

117 233,8

116 046,3

1187,5

1,0%

Maye yüklər (cəmi)

97 625,4

95 109,7

2515,7

2,6%

Xam neft

84 286,3

85 068,7

-782,4

-0,9%

Neft məhsulları

12 996,9

9 569,3

3427,6

35,8%

Xəbər lenti

Xəbər lenti