...

Ekvador Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır - nazir

Energetika Materials 19 Oktyabr 2011 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir S.Ağayeva/

Ekvador Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır. Bu barədə çərşənbə günü jurnalistlərə Ekvadorun xarici işlər naziri Rikardo Armando Patinyo Arokan bildirib.

Arakonun sözlərinə görə, Ekvador da Azərbaycan kimi neft hasil edir, lakin onun həcmi Azərbaycan olduğu qədər böyük deyil.

Nazir deyib ki, buna baxmayaraq, Ekvador Aralıq dənizi-Qara dəniz regionunda bazara və alıcılara malikdir, Azərbaycan da tədarükçüləri və istehlakçıları birləşdirən körpü ola bilər.

Onun sözlərinə görə, Ekvador Azərbaycana öz məhsullarının, o cümlədən krevet, gül, kakao və bananın tədarükünü artırır.

Xəbər lenti

Xəbər lenti