...

İsveçrə Azərbaycan ilə enerji sahəsində əməkdaşlığın genişlənməsində maraqlıdır

Energetika Materials 26 Oktyabr 2011 20:17 (UTC +04:00)
ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycan-İsveçrə biznes forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Cenevrə Kantonu nümayəndə heyəti ilə görüşüb.
İsveçrə Azərbaycan ilə enerji sahəsində əməkdaşlığın genişlənməsində maraqlıdır

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycan-İsveçrə biznes forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Cenevrə Kantonu nümayəndə heyəti ilə görüşüb.

Trend-in çərşənbə günü ARDNŞ-yə istinadən yaydığı məlumata görə, görüşdə Abdullayev son illər Azərbaycanın enerji sektorunda əldə edilmiş nailiyyətlər, yeni yataqların kəşf olunması, infrastrukturun yeniləşməsi prosesləri haqqında qonaqlara ətraflı məlumat verib. Hazırda qeyri-neft sektorunun inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini vurğulayan ARDNŞ prezidenti Azərbaycanda tez-tez keçirilən biznes forumların böyük əhəmiyyət daşıdığını söyləyib.

İsveçrə Dövlət, İqtisadiyyat və Səhiyyə Şurasının üzvü Pyer-Fransua Unger neft və neft məhsulları satışı üzrə Cenevrədə fəaliyyət göstərən "SOCAR-Trading" şirkətinin qısa bir zamanda İsveçrənin və bütövlükdə Avropanın biznes dairələrində rəğbət qazandığını qeyd edib, bu əməkdaşlığın daha da genişlənməsində maraqlı olduqlarını bildirib.

Görüşdə İsveçrənin Azərbaycandakı səfiri xanım Sabin Ulman Şaban da iştirak edib.

Xəbər lenti

Xəbər lenti