Azərbaycan, Bakı, 24 noyabr /Trend müxbir E.Ismaylov/
Güclü külək nəticəsində Lənkəran rayonunun enerji təchizatında yaranan problemlər tamamilə aradan qaldırılıb. Bu barədə cümə axşamı Trend-ə "Azərenerji" ASC-dən məlumat veriblər.
"Hava şəraitinin pisləşməsi nəticəsində yaranan bütün problemlər aradan qaldırılıb və elektrik enerjisinin verilişi bərpa edilib", - "Azərenerji"dən bildiriblər.
Ötən gecə transformatorlar və yeraltı xətlərdə baş verən qəzalar bir neçə xətt üzrə elektrik enerjisi verilişinin dayandırılmasına səbəb olub.
Lənkəran Bakıdan 270 kilometr cənubda yerləşir.