Azərbaycan, Bakı, 26 yanvar / Trend müxbir E.İsmayılov /
Təmir işləri ilə əlaqədar 27 yanvar 2012-ci il tarixdə saat 09:00-dan 16:00-dək Salyan rayonunun qaz təchizatı dayandırılacaq. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə axşamı yaydığı məlumatda deyilir.
Təmir işləri aparılan müddətdə Salyan şəhəri daxil olmaqla, rayonun Aşağı Kürkənd, Çuxanlı və Qaraqaşlı kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.
Qazın verilişində məhdudiyyət "Salyan-Əhali" qovşağından Salyan rayonuna gedən orta təzyiqli kəmərin qazla təchizatının dayandırılması ilə əlaqədardır.
Azərbaycan ərazisində qazın nəqli və satışı məsələləri ilə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi məşğul olur.