Azərbaycan, Bakı, 26 yanvar /Trend/
Şamaxı rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.
Trend-in cümə axşamı ARDNŞ-nin saytına istinadın yaydığı məlumata görə, təmir işləri ilə əlaqədar 27 yanvar 2012-ci il tarixdə saat 09:00-dan 17:00-dək Şamaxı Avtomatik Qazpaylayıcı Stansiyasından qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Şamaxı şəhərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.