...

Azərbaycanın enerji operatoru hava şəraitinin yenidən pisləşəcəyi ilə əlaqədar iş rejimini gücləndirəcək

Energetika Materials 6 Fevral 2012 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir E.İsmayılov/

"Azərenerji" SC (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) sinoptiklərin fevralın 7-dən Azərbaycan ərazisində hava şəraitinin yenidən pisləşməsi haqqında proqnozları hesaba alınmaqla, gücləndirilmiş iş rejimində işləməyə hazırdır. Bu barədə bazar ertəsi Trend-ə SC-dən məlumat veriblər.

Məlumata əsasən, SC payız-qış mövsümündə hava şəraitinin pisləşməsi elan olunmadan da xüsusi rejimdə işləyir. Lakin belə proqnoz olduğu halda, bu tədbirlər istehlakçıları fasiləsiz elekterik enerjisi ilə təmin etmək məqsədilə daha da gücləndirilir.

Sinoptiklərin proqnozlarına əsasən, fevral ayının 7-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, şimal-qərb küləyinin saniyədə 10-15, arabir 18, axşama doğru 20 metrədək güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə və gündüz saatlarında 0-3 dərəcə şaxta olacaq. Axşama doğru temperaturun mənfi 5-7 dərəcəyə enəcəyi gözlənilir. Yollar yenidən buz bağlayacaq.

Fevralın 7-dən 8-nə keçən gecə və 8-də gün ərzində hava şəraitinin daha da kəskinləşəcəyi gözlənilir. Belə ki, qar yağacaq, güclü şimal-qərb küləyi daha da şiddətlənəcək, küləyin maksimal sürəti arabir saniyədə 25-30 metrə çatacaq. Havanın temperaturu fevralın 7-nə nisbətən daha da aşağı enəcək, şaxtalar güclənəcək.

Xəbər lenti

Xəbər lenti