...

Əli Həsənov: "Nabukko" qaz kəmərinin taleyi Aİ-nin əlindədir

Energetika Materials 23 Aprel 2012 13:22 (UTC +04:00)
"Nabukko" qaz kəməri layihəsi Avropa İttifaqının (Aİ) layihəsidir və onun taleyi Aİ-nin əlindədir.
Əli Həsənov: "Nabukko" qaz kəmərinin taleyi Aİ-nin əlindədir

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir A.Tağıyeva/

"Nabukko" qaz kəməri layihəsi Avropa İttifaqının (Aİ) layihəsidir və onun taleyi Aİ-nin əlindədir. Trend-in məlumatına görə, bunu bazar ertəsi Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Türkiyənin "Cümhuriyyət" qəzetinə müsahibəsində bildirib.

"Nabukko" qaz kəməri layihəsinin reallaşdırılması Aİ-nin əlindədir. Bu layihə Avropaya tədarük edilən Rusiya qazının alternatividir", - Həsənov deyib.

Onun sözlərinə görə, Azərbaycan Türkmənistanın "Nabukko" üçün qaz tədarük edəcəyinə əmin olduğu zaman mövcud layihənin reallaşdırılması üzrə işlərə başlamağa hazır olacaq.

PA rəsmisi bir daha qeyd edib ki, Türkiyə dünya qiymətlərindən 50 faiz aşağı qiymətə Azərbaycandan müəyyən həcmdə qaz satın alır. Onun sözlərinə görə, əgər Türkiyə əlavə həcm (kvotadan artıq) tələb edərsə, qaz 30 faizlik endirimlə satılacaq. Həcmin daha da artırılması satışın 10 faiz endirimlə həyata keçirilməsinə gətirib çıxaracaq.

Xəbər lenti

Xəbər lenti