...

ARDNŞ strateji inkişaf proqramını qismən açıqlayır

Energetika Materials 1 İyun 2012 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir A.Axundov/

2025-ci ilədək ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) strateji inkişaf proqramı çərçivəsində işlərin dəyəri 26 milyard dollar təşkil edəcək. Bu barədə cümə günü Trend-ə şirkətin strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, proqrama yataqların kəşfiyyatı və istismarı, gəmiqayırma və karbamid zavodlarının, eləcə də neft-kimya məhsullarının istehsalı və neft və qaz emalı üzrə yeni kompleksin (OGPC) tikintisi daxildir.

"Lakin proqram daim yenilənir", - Qəhrəmanov deyib.

Vitse-prezident qeyd edib ki, şirkət yaxın günlərdə 28 səhifəlik daycest-variantın hazırlanması üzərində işləri başa çatdıracaq və onu dərc etdirəcək.

"Ümumi giriş üçün proqramın variantı bağlanıb", - Qəhrəmanov bildirib.

Xəbər lenti

Xəbər lenti