...

Şahdağ Qış-Yay Turizm Kompleksinin ərazisinə qaz xəttinin çəkilişi ilə bağlı işlər yekunlaşıb

Energetika Materials 6 İyun 2012 20:45 (UTC +04:00)
Qusar rayonu ərazisində inşa olunan Şahdağ Qış-Yay Turizm Kompleksinin ərazisinə qaz xəttinin çəkilişi ilə bağlı işlər yekunlaşıb.
Şahdağ Qış-Yay Turizm Kompleksinin ərazisinə qaz xəttinin çəkilişi ilə bağlı işlər yekunlaşıb

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Qusar rayonu ərazisində inşa olunan Şahdağ Qış-Yay Turizm Kompleksinin ərazisinə qaz xəttinin çəkilişi ilə bağlı işlər yekunlaşıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Kompleksin təbii qazla təmin edilməsi üçün 35,7 kilometr uzunlugunda 325 mm-lik yeni qaz kəməri çəkilib, müasir tipli avtomatik qazpaylayıcı stansiya inşa edilib. İnşa edilən qaz avadanlıqlarının kipliyi və möhkəmliyi yoxlanılıb və istismara hazır vəziyyətdədir.

Kompleksin tərkibinə daxil olan bütün infrastrukturu təbii qazla təchiz edəcək yeni qaz kəməri idman obyektlərinin elektrik enerjisi ilə də təchizatında mühüm rol oynayacaq. Belə ki, burada elektrik enerjisi təbii qazla istehsal olunacaq. Bundan başqa, kəmərin çəkildiyi ərazidə yerləşən 13 kəndin də qazlaşdırılması üçün əlverişli imkan yaranıb.

Qaz kəməri mürəkkəb dağ şəraitində çəkilib. Tikinti işləri zamanı ətraf mühitə ziyan vurulmaması, yaşıllıq zonalarının qorunması məqsədilə ekoloji cəhətdən təmiz və müasir texniki üsul və texnologiyalardan istifadə edilib. Ümumiyyətlə, qaz kəməri regionun ekoloji şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərəcək. Belə ki, müasir tipli avtomatik qazpaylayıcı stansiyada təbii qaz əlavə olaraq təmizlənir, qazın təzyiqi tənzimlənir və sərf olunan qazın qeydiyyatı aparılır. Stansiya işə düşəndən sonra onun idarə edilməsi üçün sutkada yalnız iki nəfər işçi cəlb olunacaq.

Xəbər lenti

Xəbər lenti