Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir A.Tağıyeva/
Türkiyə Dəməşqlə gərgin münasibətlərin yaranmasına baxmayaraq, Suriyaya elektrik enerjisinin verilməsini dayandırmayacaq. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin "Haberler" qəzeti xəbər verib.
"Türkiyə Suriyaya İraq ərazisi vasitəsilə bu ölkəyə elektrik enerjisi və su təchizatını davam etdirir", - Yıldız deyib.
Türkiyə Suriyaya hər ay 232,2 milyon kilovatt /saat elektrik enerjisi tədarük edir.