...

"BP Azerbaijan" adı korrupsiya qalmaqalında hallanan şirkətlə işini dayandırır

Energetika Materials 10 İyul 2012 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul /Trend/

"BP Azerbaijan" Böyük Britaniyada adı korrupsiya qalmaqalında hallanan şirkətlə işini dayandırır. Bu barədə Trend-ə şirkətdən bildiriblər. Bu şirkətin adı açıqlanmır.

BP-dən qeyd ediblər ki, hazırda bu şirkətlə müqavilənin dayandırılması prosesi gedir. BP bəyan edir ki, şirkət davranış normalarının potensial pozulması hallarına ciddi yanaşır.

"The Daily Telegraph" qəzetinin əvvəllər yazdığına görə, podratçı şirkətlərdən biri Azərbaycanda müqavilələr çərçivəsində rüşvət verdiyini elan etmişdi. Korrupsiyada əli olan şirkətin özü məlumatı Britanıyanın korrupsiya ilə mübarizə üzrə xüsusi orqanına (SFO) təqdim edib.

BP-dən deyiblər ki, şirkətə podratçı şirkətlərin birindən keçmişdə şirkətin təyin etdiyi hərəkət normalarını pozması haqqında məlumat daxil olub.

Xəbər lenti

Xəbər lenti