Azərbaycan, Bakı, 25 iyul /Trend/
Cari ilin ilk yarısında Sumqayıt elektrik stansiyasında 910,8 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub.
"Azərenerji" ASC-dən çərşənbə günü Trend-ə verilən məlumata görə, 525 MVt gücə malik Sumqayıt elektrik stansiyası Sumqayıtın və Abşeron yarımadasının elektrik enerjisi ilə təminatında böyük rol oynayır.