...

Azərbaycanda qaz istehlakı azalıb

Energetika Materials 25 İyul 2012 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir E.İsmayılov/

İyulun 25-nə olan məlumata görə, Azərbaycan istehlakçılarına verilən qazın sutkalıq həcmi 4,4 milyon kubmetr təşkil edir. İyulun 3-də bu göstərici 5 milyon kubmetr olub. Bu barədə çərşınbə günü Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyindən (İB) məlumat veriblər.

Məlumata əsasən, istehlakçılara verilən sutkalıq qazın ümumi həcmindən təqribən 2,7 milyon kubmetr Bakının payına düşür.

"Digər regionlar üzrə qazın sutkalıq veriliş həcmi 1,7 milyon kubmetr səviyyəsindədir", - İB-dən bildiriblər.

"Azəriqaz"dan deyiblər ki, qazın verilişi tələbatla müəyyənləşdirilir və istehlakçıların tələbatını tam ödəyir.

Xəbər lenti

Xəbər lenti